25 Aprel 00:58
353
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Macarıstan Ukraynadakı münaqişənin həlli üçün Çinin sülh planını dəstəkləyir”.

Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Ukraynada sülhə nail olmaq üçün bütün addımları dəstəkləmək lazımdır. Nazir Pekində Çinin xarici işlər naziri Van İ ilə görüşdən sonra sosial mediada videomüraciətində deyib:

“Biz Çinin sülh planını sadəcə mövcud olduğu üçün dəstəkləyirik. Macarıstan və Çin beynəlxalq təşkilatların gündəliyinə Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması məsələsini qoyacaqlar ki, dünya siyasi bloklara bölünməsin. Ancaq hələlik müharibənin davam etdirilməsinin tərəfdarı olanların səsi sülhə çağıranlardan daha yüksəkdir”.


Müəllif: Teleqraf.com