Pakistanın cənubundakı Sind vilayətinin Şikarpur dairəsində baş vermiş partlayış nəticəsində 61 nəfər həlak olub. Bu barədə Teleqraf.com "Frans Press" agentliyinə istinadən məlumat verir.
Bundan əvvəl 40 nəfərin öldüyü, 55 nəfərin isə xəsarət aldığı bildirilirdi. Pakistanın DAWN qəzeti yazır ki, partlayış cümə namazı vaxtı yerli hüseyniyyədə baş verib.
Hadisənin dəqiq səbəbləri müəyyənləşdirilməyib, lakin yerli hakimiyyət partlayıcı qurğunu terrorçu-intiharçının gətirdiyini istisna etmir.
Xəsarət alanların əksəriyyətinin vəziyyəti ağırdır.