Fransa prezidenti Fransua Olland Strasburqda Almaniya kansleri Angela Merkellə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qeyri-rəsmi formada keçirilən görüşdə Avropa Parlamentinin sədri Martin Şults da iştirak edib.
Avropa Parlamenti yaxınlığındakı restoranda 3 saat davam edən görüşdə Yunanıstandakı yeni hökumət və Ukrayna böhranı başda olmaqla bir sıra təcili məsələlərin müzakirə olunduğu bildirilib.
Hər iki liderin fevralın 12-də keçiriləcək Avropa Birliyi Dövlət və Hökumət Başçılarının qeyri-rəsmi görüşü öncəsi fikir mübadiləsi apardıqları qeyd edilib.
Samir