18 May 00:34
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Kaledoniyada etirazlar başlayandan bəri 163 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə prokuror İv Düpua “Outre-mer La Premiere” telekanalının efirində bildirib.

Fransa prokurorluğu Yeni Kaledoniyada bir neçə gün davam etmiş etiraz aksiyaları ilə bağlı araşdırmalara başlayıb.

“Ədliyyə polisinin bu gün səhər baş tutmuş iclasından sonra istintaqın başladılması qərara alınıb”, - prokuror qeyd edib.

Daha əvvəl Yeni Kaledoniyadakı etiraz aksiyaları nəticəsində dəyən ziyanın 200 milyon avrodan çox olduğu bildirilmişdi.


Müəllif: Teleqraf.com