26 May 21:49
259
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında radikalların 50 hərbi obyektinə zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında hərbi obyektlər, silah anbarları, reaktiv yaylım atəşi sistemləri, müşahidə məntəqələri və terrorçu qruplaşmalar da daxil olmaqla 50-dən çox terrorçu hədəfə zərbələr endirib”, - deyə ordunun bəyanatında deyilir.

Bildirilir ki, Rəfah bölgəsində əməliyyatlar zamanı qoşunlara hücum etməyə cəhd edən terrorçular məhv edilib. “Bu ərazidə hərbçilər tunel dəlikləri və külli miqdarda silah-sursat, o cümlədən pulemyotlar, qumbaraatanlar və partlayıcı maddələr aşkarlayıblar”, - deyə mətbuat xidməti məlumat yayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər