27 May 12:56
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanda hakimiyyətdə olan Taliban Hərəkatı Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarıla bilər.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Zamir Kabulov deyib.

Diplomat Rusiya Xarici İşlər və Ədliyyə Nazirliklərinin bu barədə Prezident Vladimir Putini məlumatlandırdıqlarını bildirib.

Kabulov bu qərarın digər qurumlarla da razılaşdırıldığını söyləyib.

Onun sözlərinə görə, Talibanın qadağan edilmiş təşkilatlar siyahısından çıxarılması vacibdir:

“Bunsuz tanınma haqda danışmaq tez olacaq. Ona görə də bu məsələnin araşdırılması davam etdirilir. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. Veriləcək qərarı gözləyirik”, - Kabulov qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər