2 İyun 14:25
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın sabiq prezidenti Mahmud Əhmədinejad iyunun 28-də keçiriləcək prezident seçkiləri üçün namizəd kimi qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Əhmədinejad 2005-2013-cü illərdə İranın altıncı prezidenti olub.

Bundan əvvəl İranın hazırkı mədəniyyət naziri Məhəmməd Mehdi İsmayıli və keçmiş vitse-prezident Məsud Zəribafan da seçki yarışına qatılıb.

İranda prezident seçkilərində iştirak etmək üçün qeydiyyat prosesi mayın 30-da başlayıb.

İran siyasətçiləri Məsud Pezeşkiyan, Əlirza Zəkani, Seyid Əhməd Rəsulinəjad, Həbibullah Damardeh, Seyid Məhəmməd Rza Mirtajodini, Fəda-Hüseyn Maləki, Zöhrə Əlahiyan və Vahid Haqaniyan namizəd kimi qeydiyyatdan keçiblər.

Parlamentin keçmiş sədri Əli Laricani, Mərkəzi Bankın keçmiş rəhbəri Əbdülnəsir Himməti, dini lider Əli Xameneyinin nümayəndəsi Səid Cəlili, parlamentin iki hazırkı üzvü Məhəmməd Sabaqiyan və Abbas Muğtada, həmçinin dörd keçmiş deputat Mustafa Kavakbiyan, Qüdrət Əli Haşimtiyan, Mahmud Əhmədi Biqaş və Məhəmməd Xoşçöhrə də namizəd kimi qeydə alınıb.

İran Prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olduqdan sonra ölkədə erkən prezident seçkiləri elan edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər