İsrail ordusu Qəzza zolağının mərkəzində HƏMAS-a qarşı yeni əməliyyat elan edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat Əl-Bureyc qaçqın düşərgəsi ərazisində quru və hava qüvvələri tərəfindən eyni vaxtda həyata keçirilir.
Qeyd olunur ki, İsrail qoşunları sonuncu dəfə yanvar ayında Əl-Bureyc bölgəsində əməliyyat keçirib, bundan sonra Qəzza zolağının bu hissəsindən çıxarılıb.