6 İyun 00:08
374
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyevə raketlərin verilməsi Rusiya-Almaniya münasibətlərini tamamilə məhv edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq forumu çərçivəsində xarici media orqanlarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, indiki Almaniya rəhbərliyində heç kim alman xalqının maraqlarını qorumur.

Putin qeyd edib ki, Almaniya İkinci Dünya Müharibəsindən sonra tam suveren dövlət olmayıb.

O vurğulayıb ki, Almaniya həm müdafiə, həm də informasiya sahəsində xaricdə yerləşən, okeanın o tayındakı son benefisiardan asılıdır.

"Rusiya ilə Almaniya arasında enerji sektorunda əlaqələrin kəsilməsi acınacaqlı nəticəyə gətirib çıxaracaq", deyə Rusiya prezidenti əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər