11 İyun 23:41
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın təyyarə qəzasında həlak olması ilə bağlı iyunun 12-də milli matəm elan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər