13 İyun 09:00
322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) dünyada məcburi köçkünlərin sayının 120 milyona çatdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, təşkilat bu barədə hesabat hazırlayıb.
Hesabatda məcburi köçkünlərin son 12 il ardıcıl artmaqda olduğu bildirilsə də, ancaq ötən ilki rəqəmlərin dünya miqyasında tarixi yeni səviyyələrə çatdığı qeyd edilib.

Köçürülmə hallarının artmasının yeni və uzun illərdir davam edən böhranların həllində “uğursuzluğu” əks etdirdiyi vurğulanıb, dünyanın bu vəziyyət qarşısında laqeydliyinə və fəaliyyətsizliyinə qarşı xəbərdarlıq edilib.

Hesabatda qeyd edilib ki, məcburi köçkünlərin sayı dünyada əhalisinin sıx məskunlaşdığı 12-ci yerdə olan Yaponiyaya bərabərdir.

Köçkünlük rəqəmlərinin artmasına ən böyük töhfənin Sudanda davam edən dağıdıcı qarşıdurmaların olduğu bildirilib. 2023-cü ilin aprelindən bu yana 7,1 milyondan çox insanın ölkə daxilində didərgin düşdüyü, 1,9 milyon sudanlının isə qonşu ölkələrə köçdüyü bildirilib.


Müəllif: Teleqraf.com