Türkiyə Müdafiə Nazirliyi ABŞ-dən alınacaq F-16 qırıcıları üçün müqavilələrin imzalandığını açıqlanıb.
Teleqraf.com xəbər verir ki, nazirlik müəyyən detallar üzrə müzakirələrin davam etdiyini də bildirib.
“Müqavilələr imzalanıb. Hümayəndə heyətləri arasında danışıqlar yolu ilə detallar üzrə araşdırmalar davam etdirilir. Qərarlardan sonra əldə edilən nəticələr ictimaiyyətə açıqlanacaq”, - məlumatda deyilir.