13 İyun 20:58
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış “Chamundi Explosive” şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var.

Polis hadisənin səbəblərini araşdırır


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər