13 İyun 21:08
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün Avropa ölkələrini Fələstini dövlət kimi tanımağa çağırıram".

Teleqraf.com xəbər verir ki, bu sözləri İspanyanın Baş Naziri Pedro Sançez Türkiyə Prezidentdi Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fələstinin dövlət kimi tanınması bölgədə daimi sülhə nail olmaq üçün yeganə yoldur. Sançez Norveç və İrlandiyanın Fələstin dövlətini tanımağa qərar verdiyini, daha sonra Sloveniyanın da onlara qoşulduğunu xatırladıb.

Sançes Qəzza bölgəsi ilə bağlı Türkiyə ilə eyni fikirlərə sahib olduqlarını və əməkdaşlığı davam etdirəcəklərini qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər