14 İyun 14:50
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya günü sabah Ukrayna ilə danışıqlar masasına oturmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyində deyib.

Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan, onunla səmimi dialoq olmadan Ukraynada nizamlanmaya nail olmaq mümkün deyil.

Rusiya lideri Qərbin ikiüzlü şəkildə Rusiyanı danışıqlara çağırdığını, lakin Ukraynaya danışıqlar aparmağı qadağan etdiyini və bunun axmaqlıq olduğunu söyləyib.

Putin bildirib ki, xüsusi hərbi əməliyyatın bitməsi üçün Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli və qoşunlarını Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərindən çıxarmalıdır.

“Kiyev real olaraq qoşunlarını çıxarmağa başlayan, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiyini bəyan edən kimi, biz dərhal atəşkəs elan edəcəyik və danışıqlara başlayacağıq, - Rusiya lideri vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər