15 İyun 17:12
1 325
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donbasda Oçeretnı ətrafında nəzarəti genişləndirməyə davam edir və şimal-qərbə doğru irəliləyirlər. Artıq demək olar ki, Novoleksandrivka kəndini ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu haqda Almaniyanın “Bild” qəzeti yazır.

Nəşr bildirir ki, rusların burada irəliləməsi strateji məna kəsb edir, Ukrayna ordusunun bu istiqamətdə əsas təchizat yolu kəsilir:

“Rusiya Silahlı Qüvvələri “həyat yolu” adlandırılan T0504 avtomobil yoluna çatmaq istəyir. Bu xətt Kostantinivkadan Dneprə yolun açıldığı Pokrovska gedir. Bura Çasiv Yar (Donetsk) ərazisindəki Ukrayna qüvvələrinin əsas təchizat marşrutudur”.

Alman nəşri qeyd edir ki, Rusiya qoşunlarının yolu kəsmələri üçün cəmi 7 km-ə yer qalıb. Yol üzərində yalnız bir kənd var - Vozdvijenka.

“T0504-dən keçən marşrut itirilsə, Ukrayna Silahlı Qüvvələrinin alternativ təchizat marşrutları olacaq. Məsələn, şimaldan İzyum və ya kənd yolları vasitəsilə. Amma onlar “həyat yolu” kimi rahat deyil”, - nəşr əlavə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər