16 İyun 00:55
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər il iyun ayında Britaniyada monarxın “rəsmi ad günü” tədbiri olan “Tropping The Colour” bu il də təntənəli şəkildə keçirilib.

Teleqraf.com xəbər verir ki, Kral III Çarlz, onun həyat yoldaşı Kraliça Kamilla və kral ailəsinin üzvlərini daşıyan faytonlar yerli vaxtla saat 10:30-da kortejlə Bukinqem Sarayından ayrılaraq Kral At Mühafizəçilərinin kazarmalarına yollanıb.

Uels şahzadəsi Keyt Middlton xəstəliyi açıqlanandan sonra ilk dəfə rəsmi tədbirdə iştirak edib.

Qeyd edək ki, Middlton bir müddət öncə xərçəngdən əziyyət çəkdiyini açıqlayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər