16 İyun 11:38
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milliyyətçi Hərəkat Partiyasının sədri (MHP) sədri Dövlət Baxçalı hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə blokun (Cümhur İttifaqı) dağılacağına dair iddialara aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, MHP lideri bunu Türkiyə siyasətində qarışıqlıq, qarşıdurma yaratmaq istəyən ünsürlərin fitnəsi adlandırıb.

Baxçalı 2028-ci ildə keçiriləcək prezident və parlament seçkilərinə AKP ilə birlikdə qatılacaqlarının mesajını verib: “Cümhur İttifaqının 2028-ci ilə qədər qarşıda 4 mühüm ili var”.

MHP sədri partiyası və Cümhur İttifaqının Prezident Rəcəb Tayyib Ərdoğana dəstəyinin davam edəcəyini bildirib:

“Cümhur İttifaqı yoluna davam edəcək, içimizdə çat olmayacaq. Biz nə kərpic, nə də torpağıq, qaya kimi möhkəm Cümhur İttifaqıyıq. MHP canab prezidentimizin yanındadır. Türkiyə rəhbərliyi ilə dünya sülhü və imperialist güclərə qarşı mübarizədə böyük uğurlar əldə etməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər