Yaponiyanın paytaxtındə yerləşən Tokio məscidində Qurban bayramı namazı qılınıb.
Teleqraf.com xəbər verir ki, şəhərdə və ətraf əyalətlərdə yaşayan müsəlmanlar paytaxtın ən böyük məscidi olan Tokio məscidində bir araya gəlib.
Asiya və Afrika ölkələrindən olan gəncindən yaşlısına bir çox müsəlman səhər saatlarında məscidə üz tutublar.
Bayram namazını qılmaq üçün Tokio məscidini əhatə edən küçələrdə sıx izdiham yaranıb.