17 İyun 16:19
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkə liderləri hərbi münaqişələrin qarşısının alınması kimi qlobal vəzifənin öhdəsindən gələ bilməyiblər.

Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.

“Milyonlarla insanın əzab-əziyyəti bizim uğursuzluğa düçar olduğumuzun bariz göstəricisidir. Bu, dünya liderlərinin uğursuzluğudur. Onlar adi insanlarla hakimiyyətdə olanlar arasında müqaviləni pozaraq bəşəriyyəti uğursuzluğa düçar ediblər. bunda təkcə ölkə liderləri deyil, həm də BMT günahkardır", - Qriffits bildirib.


Müəllif: Əsəd Məmmədəliyev