18 İyun 10:28
2 942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələri rusları Donetsk istiqamətindən qüvvələri Xarkov istiqamətinə çəkməyə məcbur edir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Rusiya ordusu Xarkovdan şimalda Liptsov bölgəsində və Xarkovdan şimal-şərqdə Volçansk və Volçanskie Xutors şəhərlərinin mərkəzi yaxınlığında hücumlarını davam etdiriblər.

Eyni zamanda rus qoşunlarının Seversk, Çasovoy Yar və Avdeevka yaxınlığında irəlilədiyi bildirilir.


Müəllif: Əsəd Məmmədəliyev