Əməkdar artist Nüşabə Ələsgərli MTV Azərbaycan kanalında yayımlanan "Tarixin bir günü" verilişində açıqlaması ilə hər kəsi təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, Nüşabə Ələsgərli həmkarlarını qaymaq və qatıqla müqayisə edib:
"Hər zaman qaymaq az, qatıq çox olub. Bu gün şou-biznesdə qaymaq azdır. Amma insanların qatığa da, südə də, ayrana da ehtiyacı var. Qaymaq-qaymaqdır".
Verilişdə qonaq olan müğənni Şəbnəm Tovuzlu da Nüşabə Ələsgərlini dəstəkləyib: "Hər şeyin sanballısının alıcısı az olur. Bu gün köbələk kimi o qədər oxuyanlar var ki... Toy mərasimlərinə qaymağı qaymaq, qatığı qatıq çağırır".