26 İyun 22:24
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyənin “Adana Dəmirspor” komandası ilə sağollaşıb.

Teleqraf.com xəbər verir ki, bu barədə qapıçı özü sosial media hesabında paylaşım edib.

30 yaşlı qolkiper fotosunu paylaşaraq, - “Hər şey üçün təşəkkürlər, Adana”, - şərhini yazıb.

Qeyd edək ki, futbolçu ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçib. Ş. Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qol buraxıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər