18 İyun 17:55
270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda baş verən yanğın söndürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.

***

Türkiyənin İstanbul şəhərindəki Tuzla qəsəbəsində avtomobil ehtiyat hissələrini istehsal edən zavodda yanğın başlayıb.

Teleqraf.com xəbər verir ki, hazırda yanğının söndürülməsi üçün qurudan və havadan müdaxilə edilir. Əraziyə 56 nəqliyyat vasitəsi və 167 nəfərlik briqada cəlb olunub.

Məlumata görə, yanğın artıq ətraf ərazilərə, o cümlədən, yaxınlıqdakı meşəyə və digər zavoda da yayılıb. Yanğının geniş əraziyə yayılmasının əsas səbəbi olaraq isti hava şəraiti göstərilir. Hazırda yanğının lokallaşdırılması üçün işlər davam etdirilir.

İlkin məlumata görə, yanğın nəticəsində ölən və ya yaralanan yoxdur.


Müəllif: Teleqraf.com