İsveçlə sərhəddə döyüş təyyarəsi ilə bağlı yaşanan insidentlə əlaqədar Rusiya səfiri XİN-ə çağırılıb.
İsveç XİN iddia edir ki, Rusiya qırıcısı ölkənin hava məkanını pozub.
Qeyd edək ki, iyunun 15-də İsveç silahlı qüvvələri Rusiya təyyarəsinin Qotland adası ərazisində ölkənin hava məkanını pozması ilə bağlı açıqlama yayıb.
İsveç Müdafiə Nazirliyinin məlumatına görə, xəbərdarlıqlara baxmayaraq, təyyarə öz istiqamətini dəyişməyib.