19 İyun 08:13
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, 349 deputatdan 266-sı qanun layihəsinin lehinə səs verib.

2023-cü ilin dekabrında imzalanan saziş ABŞ silahlı qüvvələrinin İsveçin 17 hərbi bazasına girişinə, həmçinin ölkə ərazisində silah və sursat saxlamasına imkan verir.

Qanunun əleyhdarları isə bu razılaşmanın İsveç ərazisində nüvə silahı saxlanmasına yol açacağını iddia edirlər. Bir neçə deputat müzakirə zamanı ölkə ərazisində nüvə silahı saxlanmasının qadağan olunmasını təklif edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər