19 İyun 20:18
317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burkina-Fasoda Ali Şura Fransanın "TV5 Monde" telekanalının regional bölməsinin yayımını yarım il müddətinə dayandırıb.

Teleqraf.com xəbər verir ki, buna səbəb telekanalın efirdə yayımladığı müsahibə olub.

"Rabitə Şurasının qərarı 17 iyun 2024-cü il tarixli xəbər buraxılışının məzmununda qanun pozuntularının aşkar edilməsindən sonra qəbul edilib", - deyə hökumətin bəyanatında bildirilir.

Tənzimləyici orqanın mütəxəssisləri bu buraxılışda yalan ittihamlar, dezinformasiya və qərəzli şərhlər gördüklərini vurğulayıblar.

Bundan başqa telekanal 50 milyon Mərkəzi Afrika frankı (təxminən 138,6 min manat) məbləğində cərimə ödəməlidir.

Qeyd edək ki, Burkina-Faso 2022-ci ilin dekabrında Fransanın RFI radiosunun fəaliyyətini dayandırmışdı. Hökumət nümayəndəsinin sözlərinə görə, buna səbəb radionun terrorçuların liderindən ölkə əhalisinə qarşı hədələr səsləndirən reportaj yayımlaması olub. 2023-cü ilin martında isə Fransanın "France 24" telekanalının fəaliyyəti dayandırıldı, çünki efirdə yayımlanan material terrorçu qrupun liderinin iştirakı ilə hazırlanmışdı. Daha sonra 2023-cü ilin iyununda Fransanın LCI telekanalının fəaliyyəti üç ay müddətinə dayandırıldı, çünki onun jurnalisti Burkina-Faso ərazisində terrorçu qruplar tərəfindən törədilən zorakılıq hallarını "yalan məlumat" adlandırmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər