21 İyun 10:51
2 586
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya təkcə Xarkov vilayəti yaxınlığında yox, sərhədi keçərək ölkəyə hücum edən istənilən Rusiya qüvvələrinə zərbə endirmək üçün Amerika silahlarından istifadəyə icazə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Eyni zamanda ABŞ rəsmiləri nəşrə bildiriblər ki, bu, Vaşinqtonun verdiyi silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə qoyulan qadağalarda dəyişiklik demək deyil.

“ABŞ-nin Xarkova yaxın hədəflərə zərbə endirməsinə icazə verdiyi vaxtdan Ukrayna ordusu ən azı bir dəfə Rusiya ərazisini vurmaq üçün Amerika silahlarından istifadə edib. Məsələn, Belqorod vilayətindəki hədəflər məhv edilib. Amma Ukrayna və digər Avropa ölkələri ABŞ-yə məhdudiyyətləri daha da yumşaltmaq üçün təzyiq göstərərirlər.

“Söhbət coğrafiyadan getmir. Bu, sağlam düşüncə məsələsidir. Əgər Rusiya Ukraynaya öz ərazisindən hücum edərsə və ya hücum etmək niyyətindədirsə, Ukraynaya sərhəddən keçərək ona hücum edən qüvvələrə qarşı döyüşməyə icazə vermək yalnız məntiqlidir”, - Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan söyləyib.

Anonimlik şərti ilə danışan iki ABŞ rəsmisi vurğulayıb ki, Ukraynanın sərhədin istənilən yerindən atəşə cavab olaraq Rusiya ərazisinə zərbə endirməsinə icazə verilməsi Ağ Evin siyasətində dəyişiklik deyil. Rəsmilərdən biri bildirib ki, ilkin olaraq bu addım yalnız Rusiyanın Xarkova hücumu kontekstində nəzərdən keçirilib, amma bu, sərhədin digər istiqamətlərində hücumlara cavab olaraq zərbələrin endirilməsi imkanını istisna etmir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər