21 İyun 13:42
971
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 20-də keçiriləcək Kipr Sülh Əməliyyatının 50-ci ildönümü mərasimində Prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Türkiyədən böyük bir heyət iştirak edəcək.

Teleqraf.com “Hürriyət”ə istinadla xəbər verir ki, dövlət başçısı mərasimə iqtidar və müxalifətin birgə qatılmasını istəyir.

Prezident Ərdoğan CHP sədri Özgür Özəllə görüşündə Kipr Sülh Əməliyyatının 50-ci ildönümü mərasiminə birlikdə getmək təklifini verib. CHP hələlik qəti cavab verməyib, amma partiyanın da ayrıca proqramı var. Özəl bir qrup Kipr veteranı ilə birlikdə adaya getməyi planlaşdırır.

Nəşr məsələnin görünməyən tərəfinə də diqqət çəkir:

“CHP-də Özgür Özelin Prezident Ərdoğanla görüşündən narahat olan bir qrup var. Onlara Kamal Kılıçdaroğlu və Əkrəm İmamoğlu rəhbərlik edir. CHP-dəki Özgür Özəl əleyhdarları indi gözlərini 20 iyula dikiblər, Kiprdə Özəllə Ərdoğan arasında görüşün olub-olmayacağına baxırlar. Ancaq partiyadaxili çəkişmələri milli məsələlərlə qarışdırmaq olmaz”.

“Hürriyət” vurğulayır ki, Kılıçdaroğlu milli məsələlərdə imtahanlardan uğurla keçə bilməyib: “İndi Özəldən də eyni səhvi etməyi istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər