CHP sədri postunda seçkilərdə Özgür Özelə uduzan Kamal Kılıçdaroğlunun dönüş üçün işə başladığı iddia edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə türkiyəli analitik Nur Tuğba Aktay məlumat verib.
Ekspert Kılıçdaroğlunun partiya daxilindən gələn tələblərdən sonra hazırlığa başladığını bildirib.
“Özgür Özəl də bu vəziyyətin fərqindədir”, - Aktay əlavə edib.
Ötən il noyabrında keçirilən seçkilərdə Kılıçdaroğlu 13 il oturduğu CHP sədri postunu Özələ təhvil verib.