Türkiyənin Diyarbəkir və Mardin vilayətlərində baş verən yanğınlarda həyatını itirənlərin sayı 11 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “X” hesabında etdiyi paylaşımda açıqlayıb.
O qeyd edib ki, yanğından 78 nəfər zərər çəkib.
Nazir bildirib ki, Diyarbəkirlə Mardin sərhədindəki kəndlərdə baş verən bu yanğınlar səbəbindən hazırda Diyarbəkirdə 5 nəfər reanimasiyaya yerləşdirilib.
Xatırladaq ki, ötən gün Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı əkin sahəsində yanğın olub.