24 İyun 12:25
1 435
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO ilə Çin arasında gərginlik artıb. NATO baş katibi Yens Stoltenberq davamlı olaraq Çini Ukraynada işğalçı müharibə aparan Rusiyaya dəstək verməkdə ittiham edir. Stoltenberq hesab edir ki, Çin bu dəstəyə görə, beynəlxalq aləm qarşısında məsuliyyət daşıyır. Onun fikrincə, Pekin iki stulda oturmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, NATO baş katibinin nəyi nəzərdə tutduğu aydındır:

“Pekin həm Rusiya ilə strateji tərəfdaşlığını gücləndirir, həm də Avropa ölkələri ilə iqtisadi və ticarət ələqələrini üst səviyyədə saxlamağa çalışır. Stoltenberq bunun uzun çəkməyəcəyi qənaətindədir. Bu açıqlamaya baxmayaraq, Pekin hələlik balanası qorumağa müvəffəq olur. ABŞ-dən fərqli olaraq, Avropa dövlətləri Çinlə ticarət əlaqələrini davam etdirməkdə maraqlıdır.

Avropa dövlətlərinin bir qismi Çinə sanskiya tətbiqindən ehtiyat edir. Halbuki Stoltenberqin fikrincə, Çin müxtəlif texnologiyalarını Rusiya ilə bölüşür. Buna misal olaraq, Çinin Rusiyaya miktoelektronika məhsullarının satması göstərilir. Rusiya bundan raket istehsalı üçün istifadə edir. NATO-nu həm də narahat edən Çinin Rusiya-İran-Şimali Koreya blokuna qoşulmasıdır. Əgər Pekin Rusiya-Ukrayna müharibəsiylə bağlı ethiyatlı açıqlamalara üstünlük verirsə, Şimali Koreya açıq-aşkar Kremlin qonşu dövlətə qarşı müharibəsini dəstəkləyir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər