İsrailin Livana müdaxiləsi İran və onun dəstəklədiyi silahlı qruplaşmaların iştirakı ilə genişmiqyaslı münaqişəyə çevrilə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Çarlz Braun deyib.
Onun sözlərinə görə, İran “Hizbullah” terror təşkilatını HƏMAS-dan daha fəal dəstəkləməyə meyllidir, xüsusən də birincinin ciddi təhlükə altında olduğunu hiss edərsə.
“Ümumi imkanlar, raketlərin sayı və bu kimi şeylərə gəlincə, “Hizbullah” HƏMAS-dan daha yüksək döyüş qabiliyyətinə malikdir. Məncə, İran “Hizbullah”a daha çox dəstək verməyə meylli olacaq”, - Braun bildirib.
İsrail Baş naziri Benyamin Netanyahu bundan əvvəl söyləmişdi ki, Fələstinin radikal HƏMAS Hərəkatına qarşı müharibənin intensiv mərhələsi tezliklə başa çatacaq və ordunun diqqəti Livanla sərhədə yönələcək.