Rusiyanın sülh təklifi Ukraynadakı münaqişənin dinc yolla həllinə imkan verə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiyanın irəli sürdüyü sülh təşəbbüsü Ukraynadakı münaqişəni dayandırmağa və onun həllini diplomatik kanala daşımağa imkan verə bilər”, - dövlət başçısı vurğulayıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da bildirib ki, Putinin təklifi Ukraynada silahlı qarşıdurmanı dərhal bitirmək imkanı yaradır: "Məhz Rusiyanın Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı konkret təklifi silahlı qarşıdurmaya son qoymaq və onu siyasi-diplomatik kanala keçirmək imkanını açır”.
Uşakov vurğulayıb ki, qəbul etməyə hazır olarlarsa, Rusiya hərbi əməliyyatların sözün əsl mənasında dərhal dayandırılmasına imkan verəcək variantı masaya qoyub.