26 İyun 00:58
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayrı-seçkiliklə Mübarizə İdarəsinin rəhbəri Ferda Ataman paytaxt Berlində keçirdiyi mətbuat konfransında 2023-cü il üzrə diskriminasiya hesabatını açıqlayıb.

Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, Ferda Ataman 2023-cü ildə ayrı-seçkiliklə bağlı 10 min 772 şikayətin araşdırıldığını deyib.

O bildirib ki, bu rekord rəqəmdir. Bu, əvvəlki ilə nisbətən 22 faiz artımdır.

Bir çox ayrı-seçkilik hallarının gizlədildiyi və hesabatın bərabər rəftar qanunu ilə əhatə olunmadığı üçün bütün diskriminasiya şikayətlərini əhatə etmədiyinə diqqət çəkən Ataman bu rəqəmin daha çox ola biləcəyini deyib.

Federal Ayrı-seçkiliklə Mübarizə İdarəsinin hesabatına görə, 2023-cü ildə ayrı-seçkiliklə bağlı Departamentə 10 min 772 şikayət daxil olub.

Bu rəqəm 2019-cu ildə 4 min 247, 2020-ci ildə 7 min 932, 2021-ci ildə 7 min 750, 2022-ci ildə 8 min 827 olaraq qeydə alınıb.

“Etnik mənsubiyyət və irqçilik”lə bağlı ayrı-seçkilik şikayətləri birinci yerdədir. Əlillik, cins, yaş və dini inanclara qarşı basqılar sonrakı yerləri bölüşürlər.

Etnik mənsubiyyət və irqçiliklə bağlı şikayətlərin 2019-cu ilə nisbətən 3 dəfə atdığı qeyd olunur. Bu sahədə şikayətlər 2019-cu ildə 1076, 2020-ci ildə 2 min 101, 2021-ci ildə 2 min 80, 2022-ci ildə 2 min 282, 2023-ci ildə isə 3 min 429-a yüksəlib.

Ayrı-seçkiliklə bağlı şikayətlərin 2646-sı əmək bazarı, 1525-i xidmət və məhsullara çıxış, 1146-sı dövlət idarələri, 840-ı ictimai yerlər, 533-ü təhsil sektoru, 444-ü isə polis və məhkəmə sektorlarını əhatə edir.


Müəllif: Arzu