26 İyun 00:25
693
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axşam saatlarında Dağıstanın paytaxtı Mahaçqalada yenidən atışma səsləri eşidilib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Dağıstanın səsi" teleqram kanalı məlumat yayıb.

Şahidlərin çəkdiyi videoda güc strukturlarının xeyli sayda əməkdaşları və polis maşınları görünüb.

Sakinlərdən evlərdən çıxmamaq tələb olunur.

Son məlumatlara görə, atışma Lenin küçəsində baş verib. Ehtimal olunur ki, güc strukturlarının əməkdaşları qara "Priora"da olan iki nəfəri axtarırlar. Atışmanı onların törətdiyi ehtimal olunur. Polis həmin şəxsləri yaxalamaq üçün əməliyyat keçirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər