İranın vitse-prezidenti Əmir Hüseyn Qazizadə Haşimi prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.
Haşiminin iddiasına görə, bu addımı “inqilabi qüvvələrin birliyini qorumaq üçün” atıb.
Siyasətçi qeyd edib ki, indi onun vəzifəsi ölkənin maraqlarını qorumaqdır.
Bəyanatının sonunda o, İran xalqı və tərəfdarlarına təşəkkür edib və ölkənin mərhum prezident İbrahim Rəisinin kursunu davam etdirəcəyinə ümid etdiyini bildirib.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-də (sabah) keçiriləcək. Prezidentlik yarışında iştirak etmək üçün sənəd təqdim edən 80 nəfər arasında Konstitusiya Keşikçiləri Şurası cəmi 6 namizəd seçmişdi ki, onlardan biri də Haşimi idi.