28 İyun 10:53
2 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Gürcüstanı birliyə üzvlük prosesini dayandırmaqla hədələyib.

Teleqraf.com xəbər verir ki, bu barədə AB bəyanat yayıb.

“Qəbul edilmiş “Xarici təsirin şəffaflığı haqqında” qanun Avropa Komissiyasının Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı tövsiyələrindən kənara çıxır. Avropa Birliyi Gürcüstan hakimiyyətini niyyətlərini aydınlaşdırmağa və Gürcüstanın AB-yə gedən yolunu məhv edən və üzvlük prosesini faktiki olaraq dayandıran hazırkı fəaliyyət kursunu dəyişməyə çağırır”, - bəyanatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu