Ukrayna Azərbaycandan Avropa İttifaqına təbii qaz tədarükü ilə bağlı danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, bunu prezident Zelenski bildirib. Onun sözlərinə görə, Ukrayna tranzit ölkə rolunu qoruyub saxlamaq istəyir.
Zelenski deyib ki, Rusiya qazının Azərbaycandan tədarüklə əvəzlənməsinə dair razılaşma hazırda müzakirə olunan təkliflərdən biridir: “Hazırda məmurlar bununla məşğuldurlar”.
“Ukrayinska Pravda” xəbər verir ki, Avropa Moskvanın işğalından sonra Rusiya qazından imtina etməyə çalışır. Lakin bəzi Avropa ölkələri onu Ukrayna ərazisindən keçən boru kəməri ilə almağa davam edir. Tranzit müqaviləsinin müddəti isə 2024-cü ilin sonunda başa çatır. Müharibə hələ də davam etdiyinə görə bir çox bazar müşahidəçiləri qaz axınının dayanacağını gözləyirlər.
“Hazırda başqa qaz təchizatçısı, başqa ölkə ilə boru kəmərindən necə istifadə edə biləcəyimizlə bağlı alternativ addımlar nəzərdən keçirilir. Danışıqlar davam edir. Biz Rusiya ilə qaz müqaviləsini davam etdirmək istəmirik. Onların burada pul qazanmasını istəmirik”- ”, – deyə Zelenski bildirib.
Ukraynanın dövlət enerji şirkəti “Naftoqaz” QSC ilə Rusiyanın “Qazprom” şirkəti arasında mövcud müqavilə 2019-cu ildə imzalanıb.