5 İyul 12:28
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Çin-Rusiya-Şimali Koreya hərbi-siyasi ittifaqının getdikcə daha aydın göründüyü Şərqi Asiyaya müasir aviasiya göndərir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” yazır.

Pentaqonun rəsmi açıqlamasına görə, ABŞ müttəfiqi Yaponiyada yerləşən hərbi hava qüvvələrini ciddi şəkildə yeniləyəcək. Rusiya, Çin və Şimali Koreyanın artan təhdidlərinə daha yaxşı müqavimət göstərmək üçün Kadena, Misava və İvakuni hava bazalarında daha təkmil təyyarələr yerləşdiriləcək.

Otuz ildən artıq xidmətdə olan 48 ədəd F-15C/D Eagle qırıcısı Kaden aviabazasında yerləşdirilib. İndi onları 36 yeni F-15EX Eagle II təyyarəsi əvəz edəcək.

Kadena ABŞ-ın Okinavadakı əsas hərbi bazasıdır, Tayvana yaxındır. Bu hərbi baza Çinin hərbi cəhətdən Sakit okeanda genişlənməsi halında ABŞ-nin ilk müdafiə xətti hesab olunur. Həmçinin ABŞ buradan müttəfiqi Tayvanı dəstəkləyə bilər.

Bundan əlavə, ABŞ Honsyu adasının şimalındakı Misava bazasını modernləşdirmək niyyətindədir. İndiyədək orada 36 F-16 Fighting Falcon qırıcısı yerləşirilib, indi onları ən son 48 F-35A Lightning II qırıcısı əvəz edəcək.

Misava aviabazası Çin və Rusiya hərbi gəmilərinin tez-tez Sakit okeana daxil olduğu mühüm su yolu olan Tsuqaru boğazının yaxınlığında yerləşir. Həmçinin Rusiyanın Sakit okeanda əsas limanı olan Vladivostok bura yaxındır.

Nəhayət, İvakunidə yerləşən üçüncü aviabaza naməlum sayda F-35B Lightning II qırıcılarını qəbul edəcək. Koreya yarımadasında müharibə baş verərsə, bu aviabaza Amerikanın Koreyada mümkün aviasiya missiyaları üçün əsas baza olacaq.

Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Moskvanın Pekinlə müttəfiqliyini dərinləşdirməsinə əsaslanan yeni Avrasiya təhlükəsizlik arxitekturasının yaradılmasını təklif edib. Rusiyan prezidenti bu yolla Soyuq Müharibədən sonra qurulmuş ABŞ-nin dominant olduğu nizama meydan oxumaq istəyir.

Yaponiyaya gəlincə, bu yaxınlarda ilk dəfə Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən Çin şirkətlərinə qarşı ticarət məhdudiyyətləri tətbiq edib.

Baş verənlər Uzaq Şərqdə Üçüncü Dünya Müharibəsinə hazırlıq kimi şərh edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər