5 İyul 12:36
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə millisinin Avstriya üzərində qələbəsi zamanı futbolçu Merih Dəmiralın vurduğu qolu bozqurd simvolu ilə qeyd etməsi müzakirələrə səbəb olub.

Teleqraf.com xəbər verir ki, Almaniyanın hakimiyyət orqanlarının buna reaksiyası ilə diplomatik dairələr hərəkətləndirib, UEFA da bununla bağlı araşdırmaya başlayıb.

Müzakirələr davam edərkən türkiyəli tarixçi, professor İlbər Ortaylı bozqurd simvolu və onun türk tarixindəki yeri haqda danışıb:

“Türk tarixində bozqurd bir simvol, bir bütdür. Bu, sadəcə bir partiyanın və ya qrupun rəmzi deyil. Biz səhradan yox, bozqırlardan gələn millətik, buna görə də qurd bizim üçün vacib və anlamlı simvoldur. Bunun dastanları, hekayələri var. Bir növ olaraq da çox güclüdür. Qurd kürəyini heç bir yerə söykəməyə ehtiyac duymadan döyüşə bilən heyvandır. Həyat uğrunda mübarizədə çox bacarıqlıdır. Sürü şəklində də ovlanır, ancaq təkbaşına da çox ağıllı və möhkəmdir. Buna görə də qurdun həyat və azadlıq uğrunda mübarizə aparan xalqlar üçün xüsusi simvolik dəyəri və önəmi var.

Qurtuluş savaşında da simvol idi. Dövlət bundan çox istifadə edib, əsərlərdə də var. Bunun heç kimə dəxli yoxdur.

Svastika və nasistlərlə müqayisə aparmaq cəfəngiyyatdır. Bozqurd kiminsə ağlından çıxan və sonradan yaranan simvol deyil. Bir xalqın mübarizə əzmini və iradəsini ifadə edən tarixi dərinliyə malikdir. Roma qurdu ilə əlaqəsinin olub-olmadığını bilmirəm, amma başqa xalqlar da bundan istifadə edib. Məsələn, macarlar.

Həmin simvol Volqa çayı boyunca da istifadə olunur. Əcnəbilər Atatürkə “Bozqurd” da deyirdilər. Atatürk də bozqurd simvolunu qəbul etmişdi. Sikkələrdə istifadə olunub, o dövrü xatırlayın. Başqa yerlərdə də simvol idi. Dövrün siyasi mühitinə görə simvollar İkinci Dünya Müharibəsindən sonra yığışdırıldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər