ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyasından geri çəkilmək imkanını nəzərdən keçirmir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pier brifinqdə bildirib.
“Qətiyyən yox, məncə, siz bunu əvvəllər onun seçki qərargahından da eşitmişiniz”, - deyə mətbuat katibi müvafiq suala cavab verib.