6 İyul 15:25
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Ermənistanda yeni atom elektrik stansiyası (AES) tikəcəyi ilə bağlı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlaması həqiqəti əks etdirmir.

Teleqraf.com xəbər verir ki, bunu erməni ekspert Armen Manvelyan deyib.

Ekspertin fikrincə, Qriqoryanın iddiasının əksinə olaraq, ABŞ ilə heç bir razılaşma yoxdur, heç vaxt ciddi danışıqlar aparılmayıb:

“Belə bir şey olmayıb, ona görə də həmin şəxsin dediyi söz tamamilə yalandır. Bu da növbəti qondarma prosesdir, heç kimə sirr deyil ki, bu hakimiyyət zaman-zaman belə yalan bəyanatlar verir. Ermənistanda reaktor tikmək üçün heç bir razılaşma və ya substantiv danışıqlar yoxdur. Bir neçə il əvvəl Ermənistanda Amerika tipli modul stansiyasının tikiləcəyindən danışırdılar, amma ABŞ heç öz ərazisində oxşar stansiyaların olmasına icazə vermir, təhlükəsizlik məsələləri var. ABŞ buna öz ərazisində icazə vermir, indi Ermənistanda buna bənzər bir şey qurulacaqsa. bu, cinayət olacaq”.

Manvelyanın sözlərinə görə, belə bir reaktorun qiyməti 12 milyard dollardan başlayır: “Bu qədər pul nə Ermənistanda var, nə də ABŞ verər”.

Deputat Artur Xaçaturyanın fikrincə, əgər belə bir niyyəti varsa, bu, ABŞ-nin Rusiyanı Ermənistanda sıxışdırmaq üçün növbəti həmləsidir: “Qriqoryanın açıqlamasına geosiyasi aspektdən baxıram. AES strateji əhəmiyyətə malik obyektdir. İndi Ermənistan bir sıra güclər üçün maraqlıdır. Qərblə Rusiya arasında mübarizənin getdiyi vaxtda AES-ə nəzarət edən tərəf Ermənistana da ciddi təsir imkanları əldə edəcək”.

Xaçaturyan Nikol Paşinyan hökumətinin qərbyönümlü olduğunu xatırladıb.

“Qriqoryan bununla həm də Qərbə Paşinyanın əvəzedicisi olduğunu göstərməyə çalışır. Paşinyanın uğursuzluqları Qərbin ölkədəki reputasiyasına da təhlükə yaradır. Adamlar baxıb görürlər ki, Qərbin dəstəklədiyi Paşinyan bütün məsələlərdə uğursuzdur, yanlış adamı seçiblər. Odur ki, Qərbdə Paşinyanı daha etibarlı şəxslə əvəzləmək barədə düşünəcək qüvvələrin olacağına təəccüblənmərəm, Qriqoryan da həmin rəqabətdə özünü göstərir”, - deputat əlavə edib.

Baş nazir Nikol Paşinyan hökumətin fevralın 8-də keçirilən iclasında Ermənistanın modul tipli AES tikmək imkanını nəzərdən keçirdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər