Xalq artisti Aygün Kazımova Xəzər televiziyasında yayımlanan "İncə səhər" verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Aygün Kazımova etirafı ilə diqqət çəkib: "1986-cı il idi, metroda gedəndə camaata baxırdım, görürdüm ki, mənə baxan yoxdur. Hamıya mən baxıram. Düşünürdüm ki, vaxt gələcək, siz mənə o qədər baxacaqsınız ki, rahat yol gedə bilməyəcəm. Bu intuisiya Dolça bürcünün alın yazısıdır, istedad və bacarıqlarından biridir. Məndə o gözəl alınır".
Xalq artisti bioenerjiyə inandığını qeyd edib: "Dünya enerji üzərində qurulub. Mən də oxuduqlarımdan deyirəm, hər şey enerjidir. Mən öz həyatımı müzakirə edəndə, hansısa layihə ilə bağlı düşünəndə, onu hansı ruhda davam etməyi, kim kənardan desə ki, alınmayacaq, heç kimə qulaq asmamağı və pozitiv olmağı öncədən planlaşdırıram. Hər an gözəl enerji ötürməlisən".
Xalq artisti türkiyəli rejossor Selim Akarın onun həyatından bəhs edən film çəkmək istəyinə də müsbət cavab verib: "Həyatımdan film çəkilməsi haqqında çox fikirlər olub. Bir neçə dəfə başlamaq istəmişik, görmüşük ki, nələr var... Dayanmışıq.
Selim Akarın təklifini qəbul edirəm. Əgər film yaşanana hadisələr üzərində baş versə, çox maraqlı olar. 38 il və şou-biznesin səhnə arxası..."