5 İyul 17:01
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesab edirik ki, regionun problemləri bölgə daxilində həll olunmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib.

“Bölgədə hər hansı gərgin vəziyyət, müharibə baş verərsə, onun gedişi və nəticələri regionda yaşayan xalqlara da təsir edəcək. Ona görə də 3+3 formatı deyəndə bura region ölkələri və bir-biri ilə münaqişəsi olan dövlətlər daxildir ki, bu çərçivədə biz davamlı sülhə nail olmalıyıq”, - səfir bildirib.

Sübhani iddia edib ki, İran müharibə əleyhdarı, sülh tərəfdarıdır: “Regionda sülhün alternativi yoxdur, sülh bərqərar olmalıdır. Bu, bizim prinsipial mövqeyimizdir. Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün gedən dialoqu alqışlayırıq və dəstəkləyirik”.

İranlı diplomat ABŞ-nin sülh müqaviləsi ilə bağlı artan fəallığına da toxunub:

“ABŞ-yə gəlincə, inanırıq ki, bölgəyə ayaq basmaq istəyən “Böyük Şeytan” başqa məqsədlər güdür. Region xalqlarının əmin-amanlığına, təhlükəsizliyinə və dinc yaşamasına ümid etmək əvəzinə, başqa məqsədlər güdürlər.

Əgər onlar bəzi ölkələri bu danışıqlardan kənarlaşdırmaq istəyirlərsə, deməli, istəkləri səmimi deyil. ABŞ məqsədlərinə çatmaq üçün öz alətlərindən istifadə edir”.

Sübhani qeyd edib ki, ABŞ Cənubi Qafqazı başqa ölkələrdən qisas almaq platformasına çevirməyə çalışırlar:

“Böyük Şeytan” Amerika ilə təcrübəmiz olduğundan, onun açıqlamalarına pessimist yanaşırıq. Biz inanmırıq ki, onlar region xalqlarının xeyrini istəyirlər. Onlar o qədər uzaqdadırlar ki, gərginlik onlara heç vaxt təsir etməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər