Albaniyanın keçmiş səhiyyə naziri İlir Beqaj saxlanılıb.
Teleqraf.com yerli KİV-lərə istinadən xəbər verir ki, sabiq nazir Proqramlaşdırma və Yardım Koordinasiyası üzrə Dövlət Agentliyinin (SASPAC) direktoru olarkən korrupsiya və Avropa İttifaqının (Aİ) vəsaitlərindən sui-istifadədə ittiham olunur.
Albanya Prokurorluğunun Korrupsiya və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən (SPAK) bildirilib ki, İ.Beqaj 2022-2023-cü illərdə Proqramlaşdırma və Yardım Koordinasiyası üzrə Dövlət Agentliyinin Direktoru olarkən Avropa İttifaqının layihələrində saxta tender prosedurları keçirib.