Rusiya məhkəməsi yerli “QAZ” şirkətinin Almaniyanın “Volkswagen” şirkətinə qarşı qaldırdığı iş üzrə qərar verib.
Teleqraf.com yerli mediaya istinadən xəbər verir ki, məhkəmə "Volkswagen" şirkətini 192 milyon dollar cərimələyib.
Məhkəmə "Volkswagen"nin yerli "QAZ"a maddi ziyan vurduğu qənaətinə gəlib.
"Volkswagen" "QAZ"la bağladığı müqavilədə avtomobil hissələrinin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edilir.
Xatırladaq ki,"Volkswagen" 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir rus şirkətinə sataraq ölkədən çıxdığını açıqlayıb.