Afrikada səhralıq ərazidə itən 14 nəfərin cəsədi tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Əlcəzair hökuməti məlumat yayıb.
Qeyd olunur ki, Əlcəzairin Liviya ilə sərhədində səhrada itən 12-si Suriya vətəndaşı olan 14 nəfərin cəsədi tapılıb.
Əlcəzairin mərkəzi və cənubundakı səhra bölgələrində son həftələrdə temperatur 50 dərəcəyə çatıb.
Bu əyalətlər qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.