"Samsung" şirkətinin işçiləri son iki ayda yenidən tətil elan ediblər.
Teleqraf.com “Reuters”ə istinadən xəbər verir ki, həmkarlar ittifaqı əmək haqqının artırılması, əlavə məzuniyyət günü və bonus sistemində dəyişiklik edilməsini tələb edir.
Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"da çalışan 6500-dən çox işçi bu gündən başlayaraq 3 günlük tətilə çıxıb.
Təşkilatçılar tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.
Xəbərdə o da qeyd edilib ki, “Samsung Electronics” şirkəti tarixində ilk tətil 2024-cü il iyunun əvvəlində baş verib. İttifaq üzvləri kütləvi şəkildə bir günlük ödənişli məzuniyyət götürsələr də, heç bir nəticəyə nail ola bilməyiblər.