14 İyul 16:13
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidentinə və qarşıdan gələn seçkilərdə prezidentliyə namizədlərdən biri olan Donald Trampa Pensilvaniyada seçki kampaniyası zamanı edilən hücumu ən sərt şəkildə qınayırıq.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilir.

"Sözügedən sui-qəsd həm də xalqın iradəsinə hücumdur. Demokratik siyasətə zorakılıq, dövlət çevrilişi və digər qeyri-qanuni yollarla müdaxilə yolverilməzdir.

Ümid edirik ki, ABŞ-də seçkilər dinc şəraitdə baş tutacaq", - XİN qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər